19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Rəvan"ın futbolçusu: "AZAL göstərdi ki, "Qarabağ"a qarşı oynamaq olar"

Azərbaycan Premyer Liqasına uğursuz start verən "Rəvan” 5-ci turda "Sumqayıt” üzərində qələbə qazanmaqla "qara zolaq”dan çıxıb. Futbolxeber.az-ın məlumatına görə, ilk qələbənin əldə olunmasında əsas pay sahiblərindən biri də yeganə qolun müəllifi Kamil Nurəhmədov olub. Klub tarixinə "Rəvan” forması ilə Premyer Liqada fərqlənən 23-cü futbolçu kimi düşən "11” nömrə axşam məşqindən öncə klubun rəsmi saytına danışıb: "Bu qələbəyə böyük ehtiyacımız var idi. Çünki ardıcıl uğursuzluqlar futbolçuların psixoloji durumuna da mənfi təsir göstərirdi. Bu uğursuz gedişə "dur” deməyin vaxtı çatmışdı. Şükürlər olsun ki, Sumqayıtda ilk qələbimizi bayram etdik. Qolu kimin vurmağı önəmli deyil, əsas olan qələbə idi ki, buna da nail olduq”.

Kamil "Rəvan” forması ilə vurduğu ilk qolu isə belə təsvir edib: "Əks-hücuma çıxarkən qarşımda boş sahənin olduğunu gördüm və irəli şığıdım. Fərdi bacarığı ilə rəqiblərdən sıyrılan Sebastyandan ötürmə aldıqdan sonra fikrim yalnız dəqiq zərbə vurmağa yönəlmişdi. Qapıçı irəli çıxdığından bir hərəkətlə onu çaşdırdım və yerə uzanmasına nail oldum. Ardından topun altından vuraraq onu tora göndərdim”.

Komandanın yayda heyətinə qatdığı futbolçu ilk qolunun ona mənəvi dəstək olacağını düşünür: "Rəvan”da ilk qolumu vurdum. Ümid edirəm ki, bu tempdə də davam edəcəm. Çoxdan oynamadığımdan hələ oyun təcrübəsi baxımından bəzi problemlər yaşayıram. Bunu yoluna qoyduqdan sonra daha yaxşı çıxış edəcəm. Məşqçilərin etimadını qazanacağıma inanıram. Məşqlərdə var qüvvəmlə çalışıb optimal formaya düşmək niyyətindəyəm”.

22 yaşlı futbolçu sonda "Qarabağ” ilə növbəti tur oyununa toxunub: "Rəqibin gücü bəllidir. Bizi çox çətin oyun gözləyir. Amma mübarizəsiz təslim olmaq niyyətimiz də yoxdur. Sona qədər döyüşəcəyik. AZAL göstərdi ki, bu komandaya qarşı oynamaq olar. Biz də əlimizdən gələnin ən yaxşısını edib "Sumqayıt”la matçdakı qələbənin təsadüf olmadığını göstərməyə çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30