19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Simurq" "Bakı" ilə oyunun hazırlıqlarını başa vurdu

 

Sabah Topaz Premyer Liqasının XXIV turuna start veriləcək. Futbolxeber.az-ın məlumatına görə, "Simurq" Zaqatala şəhər stadionunda “Bakı”nı qəbul edəcək. Paytaxt təmsilçisilə 15-ci duelinə çıxacaq sarı-qaralar, artıq hazırlıqları tamamlayaraq qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
 
Bu gün növbəti məşqinə çıxan “Simurq” tam heyətlə çalışmalara davam edib. Yalnız “Qarabağ”la oyunda qırmızı vərəqə alan Rəşad Eyyubov və zədədən yeni qayıdan Asif Mirili son hazırlıqda Georgi Çixradzenin ixtiyarında olmayıb.
 
Komandanın bu günkü məşqi əvvəlcə qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra isə meydanın mərkəzində iki qrupa bölünərək qısa ötürmələr üzərində çalışılıb. Hazırlıq ikitərəfli oyun və qapıya zərbələrlə tamamlanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30