19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi”nin düşünən beyni niyə hədəf seçilib?

Ceyhun Sultanov yaxşı futbolçu olub. Vaxtı ilə “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” kimi klublarda çıxış edib, İranda legioner həyatı yaşayıb, milli komandamızın heyətində 20-dən çox görüşdə forma geyib. Meydanda pleymeyker funksiyasını yerinə yetirən Sultanov hər zaman komandasının düşünən beyni olub.

Karyerasını bitirdikdən sonra qısa müddət “Bakı”da seleksiyaçı məşqçi kimi çalışdıqdan sonra “Sumqayıt”a üz tutub. Uzun illər bu klubun prezidenti Kamran Quliyevin “sağ əli” olub. Eyni hala bu gün “Neftçi”də də şahidlik edirik. Ceyhun Sultanov klubun idman direktorudu. Mənə görə futbolçu vaxtında olduğu kimi, bu gün də Sultanov klubunun düşünən beynidi.

Düzdü, statusca ondan yüksəkdə klubun prezidenti Kamran Quliyev, vitse-prezidenti Elnur Eyvazov olsa da, onların heç biri futbolu Ceyhun qədər bilə bilməzlər. Belə baxanda, bilmələrinə də ehtiyac yoxdu. Prezidentin işi klubu idarə etməkdisə, bildiyim qədəri ilə Eyvazov maliyyənin idarə olunmasına cavabdehdir. Əsas komandanın formalaşması isə Sultanovluqdur. Onsuz da indiki “Neftçi”də bunu Ceyhundan yaxşı bacaran tapılmaz.

Lakin son 2 gündə “Neftçi”nin düşünən beyni tənqid hədəfi seçilib. İstər mətbuatda, istər sosial şəbəkələrdə son 48 saatda Sultanov tənqid atəşinə tutulur. Səbəb isə 2 gün əvvəl “Neftçi TV”də verdiyi açıqlamalıdır. İdman direktoru transferlərlə bağlı danışarkən çoxlarına bəlli olmayan həqiqətləri açıqlayıb. O bildirib ki, hazırda “Neftçi”nin büdcəsi əvvəlki kimi deyil. Ötən illə müqayisədə əsas komandaya ayrılan vəsait azaldılıb və transferlərin gecikməsi də bununla bağlıdı: “Hamı deyir ki, "Neftçi"də hər şey əladır, bunlar necə transferlərdir? Mənim büdcəm olsaydı, ən yaxşılarını seçib gətirərdim. Qabağıma qoyulub ki, büdcəmiz bu qədərdir. Milyonlar olsa, mən də rahat oturar, milyonu verər, oyunçu gətirərəm. Məhdud büdcə var ki, ona uyğun oyunçu gətirməliyəm. Hər bir komanda istəyər ki, top futbolçuları gətirsin. Bu gün deyirlər ki, "Neftçi" qrup mərhələsinə düşməlidir. Bunu biz də istəyirik. Əgər mənim büdcəm 40 faiz enibsə, bunu necə edə bilərəm?"  

Kimisi bu açıqlamanı yalan adlandırdı, kimisi bəhanə kimi gördü, kimisi də klubun əsas sponsoru olan SOCAR-a qarşı çıxmaq kimi dəyərləndirdi.

Əvvəla idman direktorunun klubun televiziyasında yalan danışması qeyri-mümkündü. Sultanovdan sonra vitse-prezident Elnur Eyvazov da büdcə məsələsi ilə bağlı açıqlama verdi və bildirdi ki, “Neftçi”nin əsas komandasının büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq”.

Bu halda Ceyhun Sultanov niyə hədəf seçilməlidi? Axı həqiqətləri deyib. Avrokuboklardakı hər uğursuzluqdan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl kimi əlinə dəsmal götürüb ağlamayıb, yaxud klubunu ordu ilə müqayisə edib, dövlətdən nəsə ummayıb. Açıq şəkildə bildirib ki, büdcə azaldılıb və bu büdcə ilə Avroliqanın qrupuna düşmək çox çətindir. Düz danışır deyə Sultanov hədəf seçilməlidi? Kim nə deyir desin, reallıq budur ki, hazırkı büdcə ilə “Neftçi” nəinki “Qarabağ”dan, hətta “Sabah”dan da geri qalır.

Azarkeşləri anlamaq olar. Azarkeşi büdcə və digər məsələlər maraqlandırmır. Daim klubunu yüksəkdə görmək istəyir. Bəs digərləri? Axı futbolun içində olanlar bilir ki, indiki “Neftçi”nin şəraiti qrup mərhələsinə düşən komanda ilə bir deyil. İndiki “Neftçi” bir neçə il öncəkindən fərqli olaraq Emil Mpenza kimi dünya səviyyəli ulduzu transfer edəcək maliyyəyə sahib deyil. Əslində, o cür transferin olmasındansa, elə olmamağı yaxşıdı. Komandaya bir qəpik xeyir vermədi, əvəzində illərlə havayı yerə “Neftçi”dən pul aldı.

Bu “Neftçi” ilə o “Neftçi”ni müqayisə etmək absurddu. Büdcəsindən tutmuş meydandan kənar amillərə qədər...

Hadisələrə real gözlə baxmaq lazımdı. Avroliqada qrupa düşməyi də, “Qarabağ”ı geridə qoyub çempion olmağı da Ceyhun Sultanov da istəyir, Kamran Quliyev də, Elnur Eyvazov da, Füzuli Məmmədov da. Amma müasir futbolda, xüsusən də klubda maliyyə böyük rol oynayır. Yağ-bal içində olan komanda ilə qrupa düşməyə nə var ki...  

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30