24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Anqolalı hücumçu “Keşlə”ni yalançılıqda ittiham etdi

"Mənim Bakını icazəsiz tərk etməyimlə bağlı yayılan xəbərlər böyük yalandır. Belə bir şey olmayıb".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Aleksandr Kriştovao haqqında çıxan məlumatlara münasibət bildirərkən deyib.

Anqolalı hücumçu "zambaqlar ölkəsi"nə Niderland pasportu almaq üçün yollandığını bildirib: "Mən bu barədə klubu hələ 6-7 ay əvvəl məlumatlandırmışdım. Demişdim ki, pasportum filan tarixdə hazır olacaq, gedib onu götürməliyəm. Çünki bu, Avropada yaşamağım üçün olduqca vacibdir".

27 yaşlı forvard əlavə edib ki, hazırda Bakıya qayıtmaq üçün klubun ona bilet almasını gözləyir: "Agentim və vəkilim "Keşlə" rəhbərliyi ilə danışıqları davam etdirir. Biletimi göndərsələr, geri qayıdacağam. Çünki klubla müqaviləm var. Vəziyyət dəyişməsə, kluba qarşı hüquqi müstəvidə addımlar atmağa məcbur olacağam. Mən hələ də "Keşlə"nin oyunçusuyam və komandadan ayrılmaq niyyətim yoxdur".

Qeyd edək ki, "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov mətbuata müsahibəsində komandanı özbaşına tərk edən Aleksandr Kriştovaonun göndərilməsi üçün rəhbərlik qarşısında məsələ qaldırdığını deyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30