18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Komandada hamı bir nəfər kimi mübarizə apardı və sonda qələbə bizim oldu"

"Qələbə qazandığımız üçün çox şadam. Çox inandıq, istədik və Lüksemburqla matçı qısa müddətdə analiz edərək, xarakter göstərdik. Komandada hamı bir nəfər kimi mübarizə apardı və sonda qələbə bizim oldu".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan yığmasının futbolçusu Elvin Camalov səfərdə Kipri 1:0 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının II tur matçı barədə danışarkən deyib. 
 
25 yaşlı yarımmüdafiəçi bildirib ki, Lüksemburqa 1:2 hesabı ilə uduzduqları oyunda da qələbə qazana bilərdilər: "Demək olar ki, hər şey - qırmızı vərəqə, avtoqol, penalti bizim əleyhimizə idi. Əsas odur ki, həmin matçı tez analiz etdik və Kiprlə oyunda əzmkar çıxış etdik". 
 
Camalov hər iki matçda start heyətdə yer almaqla baş məşqçi Canni De Byazinin etimadını doğrultmağa can atdığını söyləyib: "Yığmaya hər dəfə dəvət alanda çalışmışam ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərim və əsas heyətdə oynayım. Baş məşqçimiz də hər iki oyunda mənə güvəndi və şans verdi. Çalışıram ki, onun inamını və güvənini doğruldum". 
 
Yarımmüdafiəçi De Byazinin futbolçuları qarşılaşmaya yaxşı köklədiyini vurğulayıb: "Baş məşqçimiz rəqibi yaxşı analiz etmişdi, biz də meydanda onun tapşırıqlarını yerinə yetirdik. İnam olmasa, həyatda heç nəyə nail ola bilmərik. Hər matça qələbəyə inanaraq çıxırıq". 
 
Futbolçu yığmanın Millətlər Liqasındakı şanslarından da söz açıb: "Bu oyun göstərdi ki, biz inananda və xarakter göstərəndə hər şeyə nail ola bilərik. Millətlər Liqasında bir olaraq, komanda şəklində uğur qazanacağımıza inamım var". 
 
Camalov III turda Monteneqro ilə keçirəcəkləri görüş barədə isə bunları deyib: "Əlbəttə, bu oyuna da ciddi hazırlaşacağıq. Amma qarşıdakı matçadək hələ vaxtımız var. Oktyabrda bir araya gələndə Monteneqro barədə düşünə bilərik". 
 
Qeyd edək ki, Azərbaycan yığması Monteneqro ilə oktyabrın 10-da səfərdə üz-üzə gələcək. Oktyabrın 13-də isə milli komanda Kipri qəbul edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30