29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Norveç hökumətindən “Qarabağ”ın oyunu ilə bağlı cavab: "Neytral meydan..."

Norveç hökuməti UEFA-nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la matç üçün etdiyi xahişə mənfi cavab verib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə ölkənin mədəniyyət naziri Abid Raca "NTB"yə açıqlamasında bildirib: "Təəssüf ki, "Molde" üçün "Qarabağ"la oyundan əvvəl karantinlə bağlı xüsusi istisna gələn həftənin sonuna qədər olmayacaq. Bununla bağlı Norveç Futbol Federasiyasına və "Molde"yə fəaliyyətlərini buna görə qurmalı olduqlarını bildirdim. Yəni UEFA-nın reqlamentinə uyğun olaraq görüş neytral meydanda keçirilməlidir".

Qeyd edək ki, püşkə əsasən oyuna Bakıda keçirilməlidir. Ancaq Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını UEFA-dan xahiş edib.

Məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31