29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Milan Obradoviç: “Bəzi futbolçular rəqibin nüfuzundan çəkinirdilər”

“Bizim üçün çox maraqlı və çətin oyun oldu. Rəqib keyfiyyətli futbolçulara sahibdir və çox yaxşı oyun göstərdi. Amma bu oyun üzərində işləməli olduğumuz çox məqamları göstərdi.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Fransaya qarşı keçirilən oyundan (1:2) sonra deyib.

Obradoviç bəzi futbolçuların rəqibin nüfuzundan çəkindiklərini bildirib: “Matça müəyyən səbəblərdən 7-8 oyunçunu çağıra bilmədim. Koronavirus pandemiyası buna mane oldu. Üstəlik, bir sıra futbolçumuz əsas komandaya dəvət aldılar. Lakin bu futboldur. Əlimizdəkilərdən maksimum yararlanmağa və maksimum performans sərgiləməyə çalışdıq. Məşqdən sonra bəzi futbolçular müəyyən qədər rəqibin nüfuzundan çəkinirdilər. İlk yarıda topu tez-tez itirir, topu saxlamaqda çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Risk edərək iki hücumçu ilə oynadıq. Amma yenə də xal qazanmağa gücümüz çatmadı. Bütün oyunçularıma minnətdaram. Onlara bildirdim ki, üzərində işləməli olduğumuz işlər çoxdur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31