20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Konstantinos Laifis: “Azərbaycanla oyun bizim üçün çox vacibdir”

UEFA Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Kipr - Azərbaycan oyunu öncəsi meydan sahibi milli komandanın mətbuat konfransı təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Yohan Valemlə yanaşı, komandanın üzvü Konstantinos Laifis də konfransa qatılıb.

O, Kipr millisinin gənclərdən qurulduğunu bildirib: “İlk oyunda evdə Monteneqro yığmasına məğlub olduq. Sözsüz ki, nəticədən məyusuq, amma uduzduğumuz oyunda müsbət hallar var idi. Komandamız gənc futbolçulardan qurulub və müəyyən dəstəyə ehtiyacımız var”.

27 yaşlı futbolçu Azərbaycanla görüşün komandası üçün çox vacib olduğunu vurğulayıb: “Hər bir futbolçu milli komanda üçün hər şey etməyə hazırdır. Yığmada çoxlu keyfiyyətli oyunçu var. Sabahkı oyun bizim üçün çox vacibdir. Tam gücümüzü ortaya qoymalıyıq. Qalib gəlməli olduğumuz oyundur və qələbə qazanacağımıza inanırıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30