19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Lüksemburq millisinin baş məşqçisi: “Qələbəyə layiq idik”

"Qələbəyə layiq idik. Çünki ilk dəqiqələrdən sonadək meydanda dominantlıq etdik. Açığı, belə oynayacağımızı gözləmirdim. Amma son iki məşqdən sonra baxımlı oyun göstərəcəyimizə inandım. Azərbaycanın yığmasının azlıqda qalması işimizə yaradı".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Lüksemburq millisinin baş məşqçisi Lük Holts UEFA Millətlər Liqasının I turunda Bakı Olimpiya Stadionunda Azərbaycanı  2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, rəqibin matçın startından etibarən müdafiə futbolu oynaması onu təəccübləndirməyib: "Yeni baş məşqçinin 4-4-2 sistemi ilə oynayacağını gözləyirdim. Düşünürəm ki, Canni De Byazi oyunçularının çıxışından razıdır. Çünki komanda azlıqda qaldıqdan sonra yaxşı təsir bağışladı".

Təcrübəli mütəxəssis Azərbaycan üzərində qələbədən sonra qrupdakı şansları dəyərləndirib: "Qrupun favoriti Monteneqrodur. Digər komandalar eyni səviyyədədirlər. Ümid edirəm ki, qarşıdakı matçlarda da belə oynayacağıq. Bizim öz oyun üslubumuz var. Bu gün qələbəyə layiq oynadıq. Düşünürəm ki, penalti, qırmızı vərəqə amili matçın nəticəsinə təsir etmədi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30