24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Azərbaycanla qarşılaşmada əsas vəzifəm hücumda çıxış etmək olacaq”

“Azərbaycan millisinin oyunlarının videosunu izləmişik”.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu Lüksemburq yığmasının futbolçusu Kristofer Martins UEFA Millətlər Liqasında qarşılaşacaqlar Azərbaycanla oyun öncəsi mətbuat konfransında deyib.

Futbolçu Millətlər Liqasındakı hədəflərindən də söz açıb: “Əsas məqsədimiz qrupda 1 xal toplamaqdır (gülür). Təbii ki, zarafat edirəm. Əsas məqsəd yaxşı oynamaq, hər oyuna qələbə üçün çıxmaqdır”.

Pandemiya ilə əlaqədar İsveçrədən Lüksemburqa qayıtmaqda çətinliklə üzləşən Martins məşq prosesini “Yanq Boyz”un düşərgəsində keçirdiyini söyləyib: “Yığmada olduğum üçün çox şadam. Sabahkı matçı səbirsizliklə gözləyirəm. Meydana daxil olduğum zaman əminlik yaranır. İsveçrədə klubumun heyətindəki son görüşdə qazanılan qələbə sabahkı oyun öncəsi mənə əlavə motivasiya verəcək. Mənim üçün dəyişən bir şey yoxdur, komandanın bütün oyunçularını tanıyıram. Azərbaycanla qarşılaşmada əsas vəzifəm hücumda çıxış etmək olacaq”.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30