20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Ümid edirəm ki, “Qarabağ”la oyun neytral meydanda keçiriləcək”

“Ümid edirəm ki, “Qarabağ”la oyun neytral meydanda keçiriləcək. Onda biz bərabər şərtlərdə olardıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Mölde”nin (Norveç) baş məşqçisi Erlinq Moe deyib.

O, yerli mətbuata açıqlamasında “Qarabağ”la Bakıda oynamağın rəqib üçün üstünlük olacağını bildirib və görüşün yerinin dəyişdiriləcəyini gözlədiyini vurğulayıb: “Əlbəttə, matçın yerinin dəyişdirilməsi bizim üçün müsbət məqam olar. İstənilən halda, evdən kənarda oynamağımız rəqib üçün üstünlükdür”.

Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Mölde" matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin Norveç çempionu Azərbaycana səfər etdikdən sonra karantinə alınmalı olduğunu əsas gətirərək matçın neytral meydana salınması üçün UEFA-ya müraciət edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30