25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

UEFA milli komandaların oyunları ilə bağlı qaydaları açıqladı

UEFA İcraiyyə Komitəsi oyunçularda koronavirus aşkarlandığı təqdirdə, milli komandaların matçlarının keçirilməsi qaydalarını təsdiqləyib.

Futbolxeber.az saytının məlumatına görə, bir komandanın bir qrup oyunçusu koronavirus səbəbindən karantinə alınarsa, 1-i qapıçı olmaqla 13 futbolçu (buraya U-21 yığması da daxildir) düzəlirsə, matç təyin olunan qaydada keçiriləcək.

Milli assosiasiya minimum oyunçu sayına (13) uyğun komandanı formalaşdıra bilməsə, mümkün olacağı təqdirdə oyun başqa tarixə təxirə salınacaq. Görüşün yeni vaxtını və yerini UEFA təyin edəcək. UEFA-nın matçın neytral meydanda keçirmək hüququ var. Bu halda ev sahibi komanda matçın təşkili və bununla əlaqəli bütün xərclərə öz üzərinə götürməli olacaq.

Matçı təxirə salmaq mümkün olmadıqda bu barədə qərarı UEFA-nın Nəzarət, Etika və Nizam-İntizam Komitəsi verəcək. Oyunun təşkilinə cavabdeh olan yığmaya görə qarşılaşma keçirilməsə və ya başa çatdırılmasa, həmin komandaya texniki məğlubiyyət veriləcək. Kollektivlərdən hər ikisi ilə bağlı problem yaranarsa, qalibi müəyyənləşdirmək üçün püşkatma olacaq. Püşkatma zamanı 3 seçim mümkündür: heç-heçə - 0:0, meydan sahiblərinin 1:0 hesablı qələbəsi, qonaqların 1:0  hesablı qələbəsi

Hakimlər briqadasının üzvlərindən hansınınsa koronavirus testi müsbət çıxarsa, UEFA həmin referini üz-üzə gələn yığmaların təmsil etdiyi federasiyalardan olan və adı FİFA siyahısında olmayan hakimlə əvəzləyə bilər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30