18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Füzuli Məmmədov: “Qalatasaray”la oyuna qələbə üçün çıxacağıq”

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov klubun rəsmi televiziyasına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə təmsilçisi "Qalatasaray"la keçirəcəkləri oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, meydana qələbə üçün çıxacaqlarını bildirib:

"Püşkatmadan əvvəl də demişdim, potensial rəqiblərimizdən hansı ilə düşəcəyimizin fərqi yox idi. Çünki üçü də güclü komandalardır. Amma əsas istəyimiz evdə oynamaq idi ki, bu da oldu. "Qalatasaray”la qarşılaşacağıq. Türkiyənin ən böyük komandalarından biridir. Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də hədəfimiz var. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30