29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”nin daha bir əməkdaşı Türkiyə Super Liqası kubunda

“Qəbələ” İdman Klubunun əməkdaşı Tural Yunusov fəaliyyətini Türkiyədə davam etdirəcək.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ şəhər stadionunun ot örtüyünə cavabdehlik daşıyan mütəxəssislərdən biri olan Yunusov Super Liqa təmsilçisi “Göztəpə”də çalışacaq.

O, İzmir klubunun meydanına baxan heyətdə yer alacaq. Yunusov İrlandiyanın “SİS” şirkətinin dəvəti ilə qonşu ölkəyə yollanıb.

Bu dəvətdə Türkiyəyə yollanan “Qəbələ”nin digər əməkdaşı Rəşad Cabbarovun uğurlu fəaliyyəti də rol oynayıb. Super Liqanın digər təmsilçisi “Kasımpaşa”nın məşq meydanlarının durumuna cavabdeh olan mütəxəssis artıq 10 aydır qonşu ölkədə uğurla çalışır.

Xatırladaq ki, Cabbarov 2013-cü ildə “Qəbələ” İdman Klubu tərəfindən praktika keçmək üçün “Qalatasaray”a yollanıb, həm “sarı-qırmızılar”, həm “Kasımpaşa”nın meydanları ilə tanış olub. O, Türkiyədəki stadionların ot örtüyünə məsul olan daşıyan “SİS” şirkətinin dəvəti ilə ötən il “Kasımpaşa” klubuna bir aylıq sınaq müddətinə yollanıb. Bu müddəti uğurla başa vuran mütəxəssis artıq 10 aydır klubun məşq meydanlarına cavabdehlik daşıyır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31