29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ata fəxr edir: Bir oğlu Azərbaycan, digəri Türkiyə millisində

Azərbaycan millisinə dəvət alan Ozan Can Kökçünün qardaşı Orkun Kökçü Türkiyə yığmasına çağırılıb.

Futbolxeber.az saytının məlumatına görə, bir qardaş Azərbaycan, digər isə Türkiyə millisində oynayacaq.

Futbolçuların atası Halis Kökçü açıqlamasında buna görə fəxr etdiyini bildirib: "Çox qürur duyuram. Allah hər valideynə belə fəxr etməyi nəsib etsin.

Övladlarım qitənin ən köklü klubunda yetişiblər. Onlar Avropa mədəniyyətinin mərkəzində olsalar da, əsl türkdürlər. Biri Azərbaycan, digəri də Türkiyə yığmasında oynamağın qürurun, şərəfin, məsuliyyətin və zövqünü yaşayır.

İki dövlət, bir millətik. Orkun Ozanın Azərbaycan millisində oynamasına sevinir və qürur duyur. Bizə bu qardaşları alqışlamaq və dəstəkləmək düşür".

Orkun "Feyenoord"un yetirməsidir və o, əsas komandanın aparıcı üzvüdür. 19 yaşlı yarımmüdafiəçi ötən gün Şənol Günəşin rəhbərlik etdiyi Türkiyə millisinə dəvət alıb.

Ozan Can da "Feyenoord"da yetişib və o, ötən il "Sabah" klubuna keçib. 22 yaşlı yarımmüdafiəçi U-21 millisindən sonra Azərbaycan yığmasına dəvət aldı (sportal.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31