19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Federasiya prezidenti millimizlə oyundan danışdı

"Milli komanda təqribən 10 aylıq fasilədən sonra ilk rəsmi oyununu keçirəcək. Futbolçular yaxşı nəticələr qazanmaq üçün Millətlər Liqasına nikbin və inamla başlayacaqlar".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Kipr Futbol Federasiyasının prezidenti Giorqos Kumas bu gün təşkil olunan mətbuat konfransı zamanı deyib.

UEFA Millətlər Liqasının ilk 2 turunda qarşılaşacaqları Monteneqro və Azərbaycan seçmələri ilə oyunlar barədə danışan funksioner matçların azarkeşsiz olmasından təəssüfləndiyini bildirib: "Mübarizəyə Monteneqro və Azərbaycana qarşı keçirəcəyimiz 2 ev oyunu ilə start verəcəyik. Əfsuslar olsun ki, bu iki görüşdə azarkeşlərimiz stadiona gələ və komandanı dəstəkləyə bilməyəcəklər. Çünki UEFA-nın protokoluna əsasən oyunlar bağlı qapılar arxasında olacaq. Əminik ki, fanatların düşüncələri və istəkləri qarşıda duran bu yeni çağırışda millimizi müşayiət edəcək".

G.Kumas millinin yeni baş məşqçisi Yohan Valemin heyətlə bağlı seçiminə inandığını deyib: "Ümumi məqsədimiz milli komandanın gələcəyini qurmaqdır. Yığmanın ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsini və bizi qürurlandırmasını istəyirik".

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Monteneqro ilə görüş isə sentyabrın 5-də eyni arenada olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30