25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Neftçi" UEFA reytinqində irəlilədi

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin  oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, keçirilən 43 oyun 430 komandanın yer aldığı siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

Ən yüksək reytinqə malik təmsilçimiz “Qarabağ” əvvəlki kimi 62-ci pillədə qərarlaşıb. Ancaq Ağdam klubunun şərikləri artıb. Rumıniyanın “Styaua” klubu xal hesabını 20,500-ə çatdıraraq “Qarabağ”a çatıb. “Milan” (İtaliya) və “Standard”a (Belçika) da eyni xala malikdir.

Ötən gecə “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə məğlub edərək mərhələ adlayan “Neftçi” 11 pillə irəliləyib. “Ağ-qaralar”ın hazırda  5,000 xalı var. Brest “Dinamo”su (Belarus), “Riqa” (Latviya) və “Hafnarfyordur”a (İslandiya) çatan təmsilçimiz 212-215-ci yerləri bölüşür.

“Qəbələ”nin xal hesabı dəyişməyib. “Qırmızı-qaralar” 5,500 xala malikdir. 4 pillə geriləyən təmsilçimiz 182-193-cü yerləri bölüşür.

“Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdir.

Qeyd edək ki, reytinq cədvəlinə 111,000 xalla Çempionlar Liqasının son qalibi  “Bavariya” (Almaniya) başçılıq edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30