24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ayxan Abbasov: “Avropa Liqası Azərbaycan çempionatı deyil”

"Üzücü oldu. Rəqibin gücünü bilirdik. İlk yarıda qarşılarını alsaq da, ikinci hissədə penaltilərlə iki qol buraxdıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abasov evdə Şimali Makedoniya "Şkendiya"sına 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

- Rəqibin qarşısını ala bilmədik. Səviyyə göz önündədir, rəqib avrokubok təcrübəsi olan komandadır. Bu gün gənclərimizin avrokubok təcrübəsi qazandıqlarına sevinə bilərik. Artıq bu yarışı unudaraq, Azərbaycan Premyer Liqasına köklənməliyik.

- Ustalıq səviyyəsindən əlavə, başqa hansı amillər nəticəyə təsir göstərdi?

- Futbolçuları ayrı-ayrılıqda götürsək, onlar bizdən üstündürlər. Bəzi oyunçularımız gözlədiyimiz oyunu göstərə bilmədilər. Bizə vaxt lazımdır. Avropa Liqası Azərbaycan çempionatı deyil.

- Yeni transferlərinizdən Əli Qurbani hücum xəttində çox zəif təsir bağışladı...

- Qurbani ilk yarıda Elvin Məmmədovu qol epizoduna çıxardı. Yəni ona da dəstək lazımdır. Geniş seçimimiz yoxdur. Komandanı özəkləri tərk edib. Qısa vaxtda nəyəsə nail olmaq çətindir.

- Dağınıq vəziyyətdə olan komandada çalışmaqla imicinizi xərclədiyinizi düşünmürsünüz?

- "Sumqayıt"dakı ilk oyunumda mənə “bura gəlməkdə risk etməmisizmi” sualını vermişdiniz. O vaxt həmin sualdan qaçmışdım. İndi isə deyə bilərəm ki, həqiqətən də risk etmişdim. Bizi çətin iş gözlədiyini bilirdim. İndi isə buradan getmək, meydandan qaçmaq qorxaqlıq olardı. İşimiz vuruşmaqdır. Əziyyətlərimizin bəhrəsini ötən mövsüm gördük. Heyətdə çatışmazlıqlarımız var. Bir neçə mövqeni gücləndirməyə ehtiyac duyuruq. İnanıram ki, bu arada 2 transfer edəcəyik. Güclənməsək, Premyer Liqada işimiz çətin olacaq.

- Komandanızdan ayrılan çoxlu sayda futbolçulardan incikliyiniz yoxdur?

- Futbolçulardan inciməyə haqqımız yoxdur. Peşəkar futbolçulardırlar, yaxşı təkliflər alaraq gediblər. Bəzi futbolçulara isə təşəkkür etdim. Çünki onların seçimləri olduğu halda, bizi buraxmadılar. Getsəydilər, işimiz daha çətin olardı. Elələri də oldu ki, "Sumqayıt"a gələndə heç tanınmırdılar (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30