20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Elvin Yunuszadə: "Neftçi" və "Şkupi"nin şansları eynidir"

"Hər iki komandanın şansları bərabərdir. Kim bu gün daha yaxşı mübarizə aparacaqsa, həmin tərəf qalib gələcək".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Şimali Makedoniyanın "Şkupi" komandasının futbolçusu Elvin Yunuszadə Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaqları matç barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi "Neftçi"yə qarşı oynamağın maraqlı və fərqli hiss olduğunu bildirib. Yunuszadə deyib ki, Azərbaycan təmsilçisini məğlub etsələr, qələbəni xüsusi qeyd etməyəcək: "Hər matçda qələbə qazanmaq xoşdur, amma qələbəni qeyri-adi şəkildə qeyd etməyəcəyəm".

O, digər Şimali Makedoniya komandası "Şkendiya"nın "Sumqayıt"la matçdakı şanslarından da söz açıb: "Düşünürəm ki, "Sumqayıt" üçün daha çətin olacaq. "Şkendiya"nın oyununu izləmişəm, çox yaxşı komandadır". 

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Şkupi” oyunu saat 20:00-da başlayacaq. Elvin Yunuszadə "Neftçi"nin yetirməsidir. Müdafiəçi 2010 - 2015-ci illərdə klubun əsas komandasında çıxış edib ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30