20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Laçi"nin baş məşqçisi: "Keşlə"nin zəif tərəfləri də var"

"Son məşqimiz yaxşı keçdi, hər şey normal vəziyyətdə idi. İki həftədən çoxdur ki, hazırlaşırıq. Son gündə "Keşlə" ilə oynayacağımız stadiona uyğunlaşmaq istədik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Keşlə" ilə matçdan öncə yerli "Panoramo" nəşrinə müsahibəsində deyib.

47 yaşlı mütəxəssis bildirib ki, futbolçulardan öz oyunlarını sərgiləmələrini tələb edib. Albaniyalı baş məşqçi deyib ki, oyunçuların son mövsümdəki kimi xarakter göstərmələrini gözləyir: "Bu baş verərsə, daha da irəli gedə bilərik. Rəqibin zəif tərəfləri ilə yanaşı, güclü cəhətləri də var. Amma unutmayın ki, komandamız kollektiv şəklində güclüdür".

Kunqu "Qarabağ"ın aybaniyalı sabiq futbolçusu Ansi Aqollidən hansısa məlumat almasına da münasibət bildirib: "Bu idmançıya təşəkkür edirəm. Aqolli hər zaman dostlarına kömək etməyə hazırdır. O, qürur hissi keçirdiyimiz albaniyalıdır".

Qeyd edək ki, bu gün "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq (“Report”).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30