28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

“Neftçi”ni yaxşı təhlil etmişik”

"Sabah təcrübəli komandaya qarşı oynayacağıq. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Şimali Makedoniyanın "Şkupi" komandasının kapitanı Besar İseni UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Neftçi" ilə matçdan əvvəl mətbuat konfransında deyib.

23 yaşlı yarımmüdafiəçi bildirib ki, cütün taleyi bir oyundan sonra həll olacaq və bu səbəbdən hər şey baş verə bilər. O, sabah yaxşı oyun sərgiləyəcəklərinə və qələbə qazanacaqlarına ümid etdiyini söyləyib: "Rəqibi yaxşı təhlil etmişik. Sabahkı matça hazırıq. Meydanda öz oyunumuzu nümayiş etdirəcəyik".

Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Şkupi” oyunu saat 20:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31