29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Şkupi”nin baş məşqçisi: "Neftçi" kağız üzərində favoritdir"

"Əvvəlcə pandemiya ilə əlaqədar Azərbaycana və "Neftçi"yə təşəkkür edirəm. Oteldə məskunlaşmağa kimi bizimlə xüsusi maraqlandılar. Qonaqpərvərliyə görə çox sağ olun. Bilirik ki, "Neftçi" yaxşı komandadır. Uzun müddətdir ki, avrokuboklarda çıxış edir. Pandemiya ilə bağlı təsnifat mərhələsi bir matçdan ibarətdir. Bu amil qarşılaşmalara təsir edir. Bəlkə bizə də xüsusi üstünlük yarada bilər". Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Şimali Makedoniyanın "Şkupi" komandasının baş məşqçisi Muarrem Bayrami Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Neftçi" ilə matçdan öncə mətbuat konfransında deyib.

O, komandasında çıxış edən azərbaycanlı futbolçu Elvin Yunuszadə ilə "Neftçi" barədə söhbətləşməsindən də danışıb: "Püşkatmadan sonra Elvinlə danışdıq. O, bu klubda çıxış edib və "Neftçi"ni yaxşı tanıyır. "Neftçi" haqqında çox məlumatımız var. Onların son matçına baxmışıq. "Neftçi" kağız üzərində favoritdir".

Bayrami "Neftçi"dən daha çox rəsmi matça çıxmalarının onlar üçün üstünlük olmadığını sözlərinə əlavə edib: "Biz sadəcə 3 oyun keçirmişik, 2 qələbə qazandıq və bir dəfə heç-heçə etdik. Bizim üçün xüsusi üstünlük sayıla bilməz. Bu amil o qədər vacib deyil. Komandamızda ab-hava çox yaxşıdır".

Baş məşqçi digər Şimali Makedoniya təmsilçisi "Sileks"in Çempionlar Liqasında Azərbaycan çempionu "Qarabağ"a 0:4 hesabı ilə uduzmasının bu görüşlə heç bir əlaqəsinin olmadığını da bildirib: "Bizim öz komandamız var. "Sileks", "Qarabağ" və "Neftçi" başqa komandalardır. Bu mövsüm bizim daha yaxşı heyətimiz var. Sabah start heyəti müəyyənləşdirəcəyik".

Mütəxəssis "Neftçi"nin hansı mövqeyindən çəkindiyini söyləmək istəməyib: "Biz rəqibi yaxşı təhlil etdik. Amma detalları sirr olaraq saxlayacağam".

Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Şkupi” oyunu saat 20:00-da başlayacaq (Sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31