29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elmar Baxşıyev: “Vaxt keçdikcə daha güclü “Qəbələ” görəcəyik”

"Uzun müddətdən sonra futbolun qayıtması həm bizi, həm sizi sevindirir. Əlbəttə, asan olmayacağını bilirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 1-ci turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesablı matçı belə şərh edib: "Futbolsuz qalmışdıq. Hər məşqdə hiss edirik ki, futbolçular əvvəlki formalarına qayıdırlar. Çatışmazlıqlarımız olsa da, ümid edirik ki, vaxt keçdikcə daha güclü “Qəbələ” görəcəyik. İlk oyun həmişə çətin olur. Həm “Qəbələ”, həm də “Zirə” bu gün hücuma meyilli futbol oynadı. Matçın ən ədalətli nəticəsi kimi heç-heçəni görürəm. Hər iki komandanın şansları var idi. İnanıram ki, getdikcə daha da komplektləşləşəcək, komanda kimi formalaşacaq və yaxşı oyun nümayiş etdirəcəyik".

Komandadan gedən futbolçuların yoxluğunun hiss edildiyini deyən Baxşıyev yeni transferlərin olacağını da bildirib: "Rəhbərliyə də xahişimi çatdırmışam ki, güclənməyə ehtiyacımız var. Qarşıdakı günlərdə yeni oyunçuların gəlməyi gündəmdədir. Hələlik gedən futbolçuların yerini doldurmaq istəyirik. İvitsa Juniç getdi və onun yerinə Yurgen Qoxa gəldi. Klesio Bauk və Fernan Lopesin yerini doldura bilməmişik. Bu yöndə işlər davam edir. Nikolas Raysel çox keyfiyyətli futbolçudur. O, hücuma meylli zonaların hər birində oynamağı bacarır. Verilən tapşırıqları layiqincə yerinə yetirir. Bugünkü matçda rəqibə uyğun sxem seçmişdik və onun hücumun arxasında oynaması lazım idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31