29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Əsas olan komandanın qələbəsidir, qolları kimin vurması deyil”

"Neftçi”nin futbolçusu Namik Ələsgərov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Səbail” üzərində qələbə qazandıqları oyun haqqında fikirlərini bölüşüb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istindən verdiyi məlumata görə, rəqib qapısından iki top keçirən yarımmüdafiəçi bunun qarşıdakı oyunlarda da qol vurmaq üçün daha yaxşı motivasiya olacağını deyib:

"Çoxdandır bir oyunda iki qol vurmurdum. Bu, qarşıdakı oyunlarda da qol vurmaq üçün daha yaxşı motivasiya olacaq. Amma əsas olan komandanın qələbəsidir, qolları kimin vurması deyil.

Əlbəttə, azarkeşlərin olmaması bizə çətinlik yaradır. Bununla belə, onlar həmişə bizim yanımızdadır. Biz onların dəstəyini hiss edirik. Bu bizə əlavə güc verir. Təbii ki, uzun fasilədən sonra yenidən meydana çıxmaq çətindir. Hələ tam hazır deyilik.

İnanıram ki, oyundan oyuna daha yaxşı oynayacağıq. Çempionatın ilk matçları həmişə çətin keçir, amma əsas olan ilk oyunda qələbə qazanmaq idi. Artıq bu görüşü yaddan çıxarıb "Şkupi” ilə matça köklənmək lazımdır. Bu oyunda qələbə bizim üçün çox önəmlidir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31