20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Şkupi"nin baş məşqçisi: “Bütün diqqətimiz "Neftçi" ilə oyuna yönəlib”

"Hər şeydən əvvəl futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Qeyd etmək istəyirəm ki, səfərdə keçirilən heç bir oyun asan ola bilməz".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Makedoniya "Şkupi"sinin baş məşqçisi Muarrem Bayrami ölkə çempionatının III turunda "Belasitsa" komandasına 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.

O bildirib ki, ilk hissədə 100 faizli qol imkanları olsa da, bundan yararlana bilməyiblər. O, son dəqiqələrdə vurulan qollarla qazandıqları 3 xala görə məmnun olduqlarını vurğulayıb.

Bayrami artıq bütün diqqətlərinin "Neftçi"ilə görüşə yönəldiyini söyləyib: "Bu gündən Bakıda baş tutacaq oyunun hazırlıqlarına başlayırıq".

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Şkupi" matçı saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30