18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ" - "Zirə": 22-ci duel

Bu gün Azərbaycan Premyer Liqasında 2020-2021-ci illər mövsümünə start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” turun son oyun günündə meydana çıxacaq. Avqustun 23-də keçiriləcək qarşılaşmada “qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq matç iki komanda arasında ümumilikdə 22-ci, Premyer Liqada 20-ci görüş olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 19 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan kubokunda qarşılaşıb.

Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 qələbəsi olan “qırmızı-qaralar” 8 dəfə heç-heçə edib və yalnız 4 dəfə uduzub. Hesabında 31 qol olan "qırmızı-qaralar" 18 top buraxıb. “Zirə” ilə matçlarda Aleksey Qay hamıdan çox – 4 qola imza atıb. Ermin Zets bu qarşılaşmalarda üç dəfə fərqlənib. Altı futbolçu - Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopezin aktivində iki top var.

Çempionatdakı 19 oyunda da üstünlük "Qəbələ"nin tərəfindədir. 7 qarşılaşmada aktivinə üç xal yazan “Qəbələ” 8 dəfə bir xalla kifayətlənib. Yalnız 4 dəfə xalsız qalan “qırmızı-qaralar” top fərqində də üstündür -  24:16.

"Qəbələ" “Zirə” ilə qarşılaşmaya 11-ci dəfə ev sahibliyi edəcək. Rəqibini indiyədək 10 dəfə qəbul edən “qırmızı-qaralar” öz meydanında 5 dəfə qalib gəlib. Doğma divarlar arasında 4 heç-heçəsi olan komanda yalnız bir dəfə məğlub olub. Evdə 16 qol vuran "Qəbələ" futbolçuları qapısından 7 top buraxıb.

Paytaxt təmsilçisi ilə son iki görüşdə qələbə qazanan komanda ardıcıl 5 qarşılaşmada meydanı xalsız tərk etməyib. “Qırmızı-qaralar” son 6 görüşdə rəqibinə uduzmayıb (gabalafc.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30