24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Neftçi”, “Keşlə” və “Sumqayıt”ı II mərhələdə gözləyən nəhənglər: “Milan”dan “Tottenhem”ədək

Gələn həftə Avropa Liqasında mübarizəyə qoşulacaq Azərbaycan klublarını 2-ci və 3-cü təsnifat mərhələlərində daha güclü komandalar gözləyir.

Futbolxeber.az saytının məlumatına görə, turnirdəki təmsilçilərimiz “Neftçi”, “Keşlə” və “Sumqayıt” 1-ci raund səddini keçərsə, tanınmış klublardan birinə rəqib ola bilər.

Çünki həm “Neftçi”, həm “Keşlə”, həm də “Sumqayıt” növbəti mərhələlərdə səpələnməmişlərin sırasında yer alacaq. 2-ci raundun Liqa yolunda 72 komanda 36 cütlüyə bölünəcək. 25 komanda məhz 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq ki, onlardan 19-u avqustun 31-dəki püşkatmada səpələnmişlərdə olacaq. Təmsilçilərimizə potensial rəqiblər olan həmin klublar arasında “Tottenhem”, “Volfsburq”, “Qranada”, “Milan”, “Reyms” kimi “Top-5” liqaların iştirakçıları da var. Həmçinin komandalarımız “Qalatasaray”, “Bazel”, “Reyncers” kimi güclü rəqiblərlə də qarşılaşa bilər.

3-cü təsnifat mərhələsinin Liqa yolunda isə 52 komanda 26 cütlük formalaşdıracaq. 13 klub məhz bu raunddan avrokubok macərasına başlayacaq ki, onlardan 5-i səpələnmişlərdə yer alacaq. Azərbaycan komandaları əgər 3-cü təsnifat mərhələsinə qədər irəliləməyə müvəffəq olsalar, orada “Sportinq”, PSV, AEK, LASK və ya “Rostov”la üz-üzə gəlmək ehtimalı yaranacaq. Bu mərhələnin püşkatma mərasimi isə sentyabrın 1-də keçiriləcək.

Avropa Liqası

2-ci təsnifat mərhələsi

Səpələnmişlər:

“Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə)

“Kopenhagen” (Danimarka)

“Volfsburq” (Almaniya)

BATE (Belarus)

“Qalatasaray” (Türkiyə)

“Standard” (Belçika)

“Qranada” (İspaniya)

“Milan” (İtaliya)

“Reyncers” (Şotlandiya)

“Reyms” (Fransa)

“Rio Ave” (Portuqaliya)

“Dinamo” (Moskva, Rusiya)

“Slovan” (Çexiya)

“Yablonets” (Çexiya)

“Hayduk” (Split, Xorvatiya)

“Kolos” (Ukrayna)

“Villem II” (Niderland)

“Hartberq” (Avstriya)

Səpələnməmişlər:

“Aris” (Yunanıstan)

OFİ (Yunanıstan)

“Osiyek” (Xorvatiya)

“Göteborq” (İsveç)

“Vikinq” (Norveç)

“Kaysar” (Qazaxıstan)

3-cü təsnifat mərhələsi

Səpələnmişlər:

“Sportinq” (Portuqaliya)

PSV (Niderland)

AEK (Yunanıstan)

LASK (Avstriya)

“Rostov” (Rusiya)

Səpələnməmişlər:

“Riyeka” (Xorvatiya)

“Şarlerua” (Belçika)

“Desna” (Ukrayna)

“Alanyaspor” (Türkiyə)

“Senneryusk” (Danimarka)

“Anortosis” (Famaqusta, Kipr)

“Sankt-Qallen” (İsveçrə)

“Voyvodina” (Serbiya)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” - “Şkupi”, “Keşlə” - “Laçi” və “Sumqayıt” - “Şkendiya” oyunları avqustun 27-də keçiriləcək (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30