Ölkə futbolu
Azərbaycanlı FİFA hakimi 39 yaşında karyerasını başa vurdu: “Bu, çox ağır qərar idi”

Azərbaycanlı FİFA hakimi Mübariz Haşımov karyerasını başa vurub.
Futbolxeber.az saytına bu haqda 39 yaşlı yan xətt hakimi özü məlumat verib:
“Bəli, karyeramı bitirdim. Zədə ilə əlaqədar belə qərara gəldim. Bel sinirlərimdə ağrı var idi və bu, ayaqlarıma təsir edirdi. Belimdəki sinir bundan əvvəl də bir neçə dəfə məni narahat etmişdi. Müalicə olunmuşdum. Lakin bir müddət sonra yenə ağrılar başlamışdı”.
Mübariz Haşımov qeyd edib ki, AFFA tərəfindən ayrılan həkim onu müalicə etsə də, ağrılar artıq xroniki hal aldığı üçün bu qərara gəlib: “Son məşqdə ağrı artıq ayağıma təsir edirdi. AFFA tərəfindən ayrılmış həkim müalicəyə başladı. Lakin bu zədə məni uzun müddətdir narahat etdiyi üçün bu qərara gəldim. Çünki hər dəfə müalicə edirdik düzəlirdi, bir müddət sonra yenə tuturdu. Elə vaxt olub qıcolma verib. Adi bir vəziyyətdə, hətta hər hansı bir əşyanı yerdən götürmək istədikdə anidən belimdə sinir tuturdu, bükülü qalırdım. Amma fiziki hazırlığım daima yüksək səviyyədə olub. Buna bütün rəhbərlik heyəti, fiziki məşqçilərimiz, hakim kollektivi şahiddir. Hamı daim formada olduğuma və normativləri yüksək səviyyədə yerinə yetirməyimin şahididir”.
O bildirib ki, qərarı hamı üçün gözlənilməz olub. Hətta həmkarları onu fikrindən daşındırmağa çalışıblar: “Qərarım hamı üçün ani, gözlənilməz oldu, hətta Komitə sədri Fritz Stuchlik və departamentin rəhbəri Cavid Cəlilov, komitə üzvləri mənə tələsməməyi, bir az istirahət edib yenidən fəaliyyət başlamağımı dəfələrlə desələr də, artıq qərarımı vermişdim. Qərar çox ağır, ciddi qərar idi.
Lakin bu ağrıları mən bilirəm, bu ağrıları mən çəkirəm”.
Haşımov təəssüflənsə də, nikbinliyini itirmir: “Təəssüf hissinə gəlincə, qədərimdə belə yazılıb və bunu qəbul etmək lazımdı. Hər işdə xeyir var. Nikbinliyimi və ümidimi itirmirəm, inşallah yaxşı olar”.
Təcrübəli referi qeyd edib ki, gələcək karyerası haqda Hakimlər Komitəsinin sədri Fritz Stuchliklə danışacaq: “Hər kəsə dəstəyə və xoş sözlərə görə, həmçinin, mətbuata öz təşəkkürümü bildirirəm. Bundan sonrakı fəaliyyətimə gəlincə, hal-hazırda komitə sədri bu barədə mənimlə görüş təyin edib və müzakirə aparacağıq. Komitə üzvləri də yaxından maraqlanır öz məsləhətlərini verir, dəstəklərini göstərirlər. Hələ ki özümə gəlim, sonrasına baxarıq”.
Qeyd edək ki, Mübariz Haşımov 2008-ci ildə Azərbaycan Premyer Liqasında debüt edib. 2010-cu ildən FİFA referi köməkçisi idi. Premyerliqa və Azərbaycan kubokunda 220, beynəlxalq arenada isə 60-dan çox oyunda iş başında olub. 2 dəfə U-17 və U-19-ların Avropa çempionatına təyinat alıb.
Əlavə edək ki, Mübariz Haşımovun böyük qardaşı, keçmiş hakim Ceyhun Haşımov 2003-cü ildən Gənc Hakimlər Məktəbində çalışır. 2011-ci ildən 2019-cu ilə kimi Mübariz Haşımov da müəllim kimi həmin məktəbdə fəaliyyət göstərib, neçə-neçə gənc hakimlərin FIFA, Premyerliqa və I divizion səviyyəsinə yüksəlmələrinə köməklik göstərib.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
-
20:09
Filipinyo “Araz-Naxçıvan”da
-
19:46
“Everton”u yapon futbolçu ilə maraqlanır
-
19:24
Tahir Gözel: “Hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik”
-
18:57
Sabiq “Sumqayıt”lı ölkəsinə qayıtdı
-
18:32
“Səbail” “Araz-Naxçıvan”ın qapıçısını transfer etdi
-
18:11
Salifu Suma: “Malmö”də olmaq mənim üçün çox önəmlidir”
-
18:00
“Milan” “Brügge”yə yeni təklif göndərdi
-
17:28
Adli Premyer Liqa klubunun hədəfində
-
16:15
"Anderlext"dən "Araz-Naxçıvan"a
-
15:53
“Turan Tovuz” sabah Türkiyə klubu ilə qarşılaşacaq
-
15:39
Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalandı
-
15:24
“Mançester Siti” sabiq qapıçısını geri qaytarır
-
14:47
Navas Meksika klubu ilə müqavilə imzaladı
-
14:06
"Kəpəz" legioneri ilə vidalaşdı
-
13:52
Sumanın gedişi rəsmən açıqlandı
-
13:18
Azərbaycan idmançıları Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurublar
-
12:35
Keniya yığmasının üzvü Azərbaycan klubunda
-
11:41
Millimizin Fransa və İslandiya ilə oyunlarının yeri bilindi
-
11:03
Boksçularımız Avropa birinciliyini 22 medalla başa vurublar
-
10:29
Hüseynov oynadı, komandası 1 xal qazandı
-
10:17
“Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
-
09:54
Sabiq "Sumqayıt"lı Qazaxıstan klubunda
-
09:30
Coşqun Diniyev Türkiyə klubundan ayrılıb
-
22:51
Kaxaber Sxadadzedən qələbə şərhi
-
21:47
İliç: “Adi vəziyyətlərdə səhvlər etdik”
-
20:25
"Qəbələ" "Sumqayıt"a qalib gəldi
-
19:32
"Neftçi"nin oyunu ləğv olundu
-
16:13
“Səbail”i Tunis klubuna dəyişdi
-
15:08
"Qarabağ"ın yeni transferi: "Möhtəşəm qələbə ilə başladıq"
-
11:49
"Karvan"dan növbəti transfer
-
11:26
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:54
"Neftçi" Yunanıstan klubuna qarşı
-
10:31
"Qalatasaray"dan 3 qollu qələbə VİDEO
-
10:17
Adil Şükürov böyükhesablı məğlubiyyəti
-
10:00
"Benfika" - "Fənərbaxça" matçında 5 qol VİDEO
-
23:04
"Səbail" növbəti transferini reallaşdırdı
-
22:25
"Neftçi"nin ÇL-dəki oyununun hakimləri müəyyənləşib
-
21:43
Filip Ozobiç yenidən Azərbaycanda
-
20:31
“Şamaxı” “Kəpəz”ə 6 qol vurdu
-
18:18
Kenan Piriç rəsmən “Neftçi”də
-
16:59
Vadim Abdullayev "Karvan"a keçdi
-
15:27
“Turan Tovuz” Tacikistan millisinin qapıçısını transfer etdi
-
15:00
Sabiq “Qarabağ”lı “Lester”də
-
14:32
“Neftçi” - “Asteras” matçının başlama saatı açıqlandı
-
14:16
“Qarabağ” - “Şelburn” oyununa nə qədər bilet satılıb?
-
13:55
"Kəpəz" "Şamaxı"ya qarşı
-
13:24
Azərbaycan çempionu bütün futbolçularla müqaviləyə xitam verdi
-
12:43
“Avropa Cüdo Ümidləri turniri yeniyetmə cüdoçuların inkişafına müsbət təsir göstərəcək”
-
12:18
"Zirə"nin rəqibi sabiq “Milan”lı transfer edir
-
12:09
Kamran Talıbov: “Avropa Cüdo Ümidləri Turniri bir növ uşaqlar üçün festival xarakteri daşıyır”
28.07.2025
27.07.2025
26.07.2025













