28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ"ın legioneri: "Klubun hədəfi Avropada çıxış etməkdir"

"Bu, əla qol idi. Çünki müdafiəçini geridə qoyub qapıçı ilə təkbətək epizoddan maksimum yararlandım. Ozobiçin ötürməsi də çox yaxşı alındı".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Xayme Romero AS nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Makedoniya "Sileks"i ilə oyununda (4:0) rəqibin qapısına vurduğu qol barədə danışarkən deyib.

Matçın 11-ci dəqiqəsində hesabı açan 30 yaşlı vinger belə bir klubda çıxış etdiyi üçün özünü xoşbəxt saydığını bildirib: "Burada hər şey çox yaxşıdır. Şəhər, rahatlıq, bir sözlə, vəziyyət məni qane edir. Ötən mövsüm çempion olduq və UEFA Avropa Liqasında çıxış etdik. "Qarabağ"da özümü rahat hiss edirəm. Vacib hədəflər uğrunda mübarizə məni motivasiya edir".

"Qarabağ"ın Çempionlar Liqasında qrupa düşmək şanslarını dəyərləndirən Romero bildirib ki, bu, çox çətin olacaq: "Çünki növbəti mərhələlərdə güclü rəqiblər olur. Amma klubun hədəfi Avropada çıxış etməkdir. Çempionlar Liqasına düşə bilməsək, Avropa Liqasında ötənilki nəticəni təkrarlamağa çalışacağıq".

Keçmiş komanda yoldaşları Dani Kintana və Miçel Maderadan söz açan futbolçu onlarla yaxşı vaxt keçirdiyini deyib: "Amma onlar məni burada tək qoydular. Xoşbəxtlikdən "Qarabağ"ın əvəzedici komandasında oynayan qardaşım Daniel mənimlə qalır".

Bu həftə Azərbaycan Premyer Liqasının start götürəcəyini xatırladan oyunçu bunun böyük məsuliyyət olduğunu vurğulayıb: "Əsas məqsəd rekordları yaxşılaşdırmaq və ötən mövsümkündən çox qol vurmaqdır".

Qeyd edək ki, Xayme Romero 2019-cu ilin yayından "Qarabağ"da çıxış edir ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31