23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Millimizin baş məşqçisi “Sabah”ı qınadı: “Şakir Seyidov yığmanın liderlərindən biridir”

"Sabah" klubunda Şakir Seyidovla yanaşı, Emil Qasımov və Elçin Mustafayev də əvəzedici heyətə göndəriliblər.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, hazırda ikinci komanda məşq etmədiyindən, oyunçular faktiki olaraq futbolsuz qalıblar.

Əsas komandanın məşqlərinə buraxılmayan Qasımov deyib ki, hər şey ona təklif olunan 3 illik müqaviləyə qol çəkməkdən imtinasından sonra başlayıb: "Həmişə olduğu kimi, çempionat öncəsi təlim-məşq toplanışına hazırlaşırdıq. Heç bir nizam-intizam qaydasını pozmadığımız halda, bizi "Whatsapp" qrupundan çıxardılar və toplanışa aparmadılar. Bunu yeni müqavilə bağlamamağımızla əlaqələndirdilər".

"Sabah"la hələ 1 illik müqavilə qalan 20 yaşlı hücumçunun sözlərinə görə, onlara yeni anlaşma təklif ediləndə gələcəklərini düşünürərək komandada qalmaq istədiklərini bildiriblər. Halbuki yeni baş məşqçi Visente Qomez onların oyununu görməyib: "Bəlkə Qomez bizi öz planlarında düşünmür?! Buna görə də kluba təklif etdik ki, hələlik bu cür davam edək, baş məşqçı bizi istəsə, oturub danışarıq. Rəhbərlik isə dedi ki, müqavilə bağlamasanız, məşqlərə buraxılmayacaqsınız. Ortada maddiyat, pul söhbəti olmayıb. Sadəcə, müqavilənin müddətini artırıb-artırmamaq məsələsidir".

AFFA və U-21-in baş məşqçisi Milan Obradoviçin məsələdən xəbərdar olduğunu deyən gənc forvard serbiyalı mütəxəssislə bu barədə danışdığını söyləyib: "İstəyim odur ki, qısa zamanda məşqlərə çıxıb özümü baş məşqçiyə göstərim. AFFA da problemin tez həllinin tərəfdarıdır. Gənc futbolçularıq, bizə bu yaşımızda oynamağımız, özümüzü göstərməyimiz lazımdır. Həm kluba, həm də milli komandaya xeyir verməliyik".

Qasımov bu hadisənin onu həvəsdən salmadığını vurğulayıb: "Belə şeyləri fikirləşmirəm. Fərdi məşqlər edib formada qalmağa çalışıram. Yalnız irəli baxıram. Futbolda hər şeyə hazır olmaq lazımdır".

Müdafiəçi Elçin Mustafayev də "Report"a açıqlamasında onunla eyni aqibəti yaşayan komanda yoldaşları kimi düşündüyünü söyləyib: "Məni əsas komandaya Jelko Sopiç dəvət etmişdi. Sağ olsun, şans verirdi. Rəhbərliklə görüşümüz oldu. Bizə dedilər ki, 3 illik sözləşmə bağlamasanız, əvəzedici komandada məşq edəcəksiniz. Biz də öz taleyimizi düşünürük. Yeni baş məşqçi gəlib. Bizi hələ görməyib. Bəlkə heç onun oyun üslubuna uyğun gəlməyəcəyəm. İstəyimiz odur ki, əvvəlcə Visente Qomez bizi görsün, əsas heyətdə oynamaq şansımız olacaqsa, o zaman muqavilənin müddətini artırmaq istəyərik. İstənilən halda, rəhbərliyin qərarına hörmət edirəm".

Gənc futbolçu əsas komandadan kənarda qalmasının ona pis təsir etdiyini deyib: "Əlbəttə, məşqlərdə iştirak edə bilməmək heç bir futbolçu üçün xoş deyil. Yaxın günlərdə əvəzedici komanda hazırlığa start verəcək. Yəqin ki, həmin vaxt məşqlərə başlayacağam. Həvəsdən düşmürəm, hələlik formamı qorumaq üçün fərdi qaydada hazırlaşıram".

Milli üzvlərinin məsələsi ilə bağlı U-21-in baş məşqçisi Milan Obradoviç də fikirlərini bölüşüb. Serbiyalı mütəxəssis "Report"a açıqlamasında AFFA ilə birlikdə problemi yoluna qoymağa çalışdıqlarını bildirib: "Biz klubla yığmanın futbolçuları arasında ortaq həll yolunun tapılmasına kömək etməliyik. Hazırkı durum məni qətiyyən razı salmır. Çünki Şakir Seyidov yığmanın liderlərindən biridir. Qarşıda Fransa seçməsi ilə oyunumuz var. AFFA-da futbolçular və klubla daim əlaqədə olan insanlar var. Onlar həm oyunçular, həm komanda, həm də yığma üçün ən yaxşı variantı tapmağa çalışırlar. Bu məsələ bütün tərəfləri yaxından maraqlandırır. Ümid edirəm ki, problem tezliklə həllini tapacaq və onlar komanda ilə məşqlərə başlayacaqlar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30