20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA-nın iştirakçısı olduğu layihə üçün Avropa Birliyi tərəfindən qrant ayrıldı

AFFA-nın iştirakçısı olduğu daha bir layihə üçün Avropa Birliyi tərəfindən qrant ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, GREENFOOT layihəsi futbol infrastrukturunda ictimai maliyyələşdirmə əsasında enerji səmərəliliyinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadəni ehtiva edir.

Avropa Birliyinin Horizon 2020 proqramı çərçivəsində qrant ayrılmış layihə bu ilin sentyabr ayından həyata keçirilməyə başlayacaq. Layihə çərçivəsində stadionlar, məşq mərkəzləri və digər futbol infrastruktur obyektlərində enerji səmərəliliyinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadəsi baxımından renovasiyasının icma əsaslı maliyyələşdirmə sxemi hazırlanacaq. AFFA-ya ayrılan qrantın məbləği 30,056.25 avrodur.

Avropa Komisiyası və UEFA arasında Avropada idmana birgə investisiya ilə bağlı bəyənnamə imzalanıb və bu Avropa birliyinə üzv olan və olmayan ölkələrin Milli Assosiasiyalarına müxtəlif layihələr üzrə birbaşa investisiya və dəstək proqramlarında iştirak üçün şərait yaradır.

Layihənin tərəfdarları:

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30