29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı

"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandayla "Azəriqaz Layihə İnşaat” QSC arasında qarşılıqlı əməkdaşlığın edilməsi haqqında razılıq əldə edilib. Tərəflər 2 illik müqaviləyə imza atıb.

Razılaşmaya əsasən, bu müddətdə "Neftçi”nin əsas və əvəzedici komandalarının oyun formalarının arxa hissəsində qarşı tərəfin əmtəə nişanı əks olunacaq. Həmçinin, rəsmi və qeyri-rəsmi ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində "Azəriqaz Layihə İnşaat” QSC-nin də loqosunun yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.

Müqaviləyə əsasən, "Azəriqaz Layihə İnşaat” QSC "Neftçi” PFK-nın tikilməkdə olan "Türk Hava Yolları Futbol Mərkəzi”ndə işlərin davam etdirilməsində kluba dəstək göstərəcək.

Qeyd edək ki, "Azəriqaz Layihə İnşaat” QSC tikinti sənayesinin böyük şirkətlərindən biridir. Bir çox dövlət və özəl layihələri uğurla yerinə yetirib. Şirkətin fəaliyyət sahələrinə bütün növ qaz kəmərlərinin layihələndirilməsi və tikintisi daxildir. Həmçinin, su və digər kommunikasiya xəttlərinin layihələrinin hazırlanması xidmətini də göstərir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31