23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Sileks"in qapıçısı: "Sensasiyaya ümid edirəm"

"Bizim üçün çətin olacaq. "Səbail"də olanda "Qarabağ"a qarşı oynadıq, amma mən meydanda deyildim. "Qarabağ" Azərbaycanın futbolda sahib olduğu ən yaxşı şeydir. Meydan sahibinin favorit olduğu aydındır, ancaq erkən təslim olmaq istəmirik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sileks"ın qapıçısı Daniel Bojinovski Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la oyundan əvvəl "Sportmedia" nəşrinə açıqlamasında deyib.

31 yaşlı qolkiper bildirib ki, Ağdam təmsilçisi ilə görüşdə ən əsası qorxmamalıdırlar: "Ən yaxşı göstərə biləcəyimiz oyunu nümayiş etdirməliyik. Biz yalnız müdafiəyə diqqət yetirməməliyik, onda sürpriz etmək şansımız olmayacaq. Rəqibin diqqətdə saxlamalı olduğumuz yaxşı hücumçuları var".

Bojinovskinin sözlərinə görə, "Qarabağ"ın Şimali Makedoniya təmsilçisindən daha çox təcrübəsinin olduğu aydındır: "Mən avrokuboklarda çıxışdan bəhs edirəm. "Qarabağ"dan fərqli olaraq, bizim əksər oyunçularımız avrokuboklarda debüt edəcəklər. 90 dəqiqə ərzində hər şey mümkündür. Mərhələ iki oyundan ibarət olsaydı, şansımız çox az olardı. Futbolda hər şey mümkündür".

O, Ağdam klubu ilə görüşdə sensasiyaya ümid etdiyini söyləyib: "Buna nail olub-olmayacağımızı yekunda görəcəyik. Əgər məğlub olsaq, Avropa Liqasında daha bir oyunumuz olacaq. Buna görə də təzyiq altında deyilik. Biz bu gün "Sileks" və Makedoniya futbolu üçün oynayacağıq".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30