18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Neftçi” - "Şkupi”: oyunöncəsi məşqlərin və mətbuat konfranslarının vaxtı açıqlandı

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində avqustun 27-si saat 20:00-da "Bakcell Arena”da baş tutacaq "Neftçi” - "Şkupi” oyunu öncəsi komandaların keçirəcəyi son məşqin və mətbuat konfranslarının vaxtı artıq məlumdur.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk öncə "Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 26-sı "Bakcell Arena”da keçiriləcək və saat 18:00-da başlanacaq. Saat 19:00-da “Neftçi”nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Həmin gün "Bakcell Arena”da "Şkupi”nin baş məşqçisi Qatip Osmaninin mətbuat konfransı, həmçinin, komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlanacaq.

Qeydiyyatdan keçmiş jurnalistlərə saat 12:00-dan etibarən "Bakcell Arena”nın media üçün ayrılmış iş otağında oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi "Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30