20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Zirə”: Premyer Liqada 6-cı mövsümə doğru

Avqustun 21-də Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü start götürəcək.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, sayca XXIX ölkə çempionatı “Zirə”nin tarixində 6-cı olacaq. Yüksək dəstədə 2015-ci ildə debüt edən “qartallar” indiyədək Premyer Liqada 5 mövsüm keçirib. İlk cəhddə 2-ci yeri tutaraq gümüş medal qazanan komandanın hesabında iki 4-cü və iki 5-ci yer var.

“Zirə” Premyer Liqada keçirdiyi 5 mövsümdə 140 oyuna çıxıb. 53 qələbə və 40 heç-heçəsi olan komanda 47 dəfə meydandan məğlub ayrılıb. Rəqib qapılarına 159 qol vuran “qartallar” 161 top buraxıb.

Bu görüşlərdən 70-i evdə baş tutub. Öz meydanında 33 qələbəsi olan “Zirə” 19 heç-heçə edib və 18 dəfə meydanı xalsız tərk edib - topların fərqi isə 92:83 komandanın lehinədi.

Səfərdəki 70 qarşılaşmada 20 dəfə üç xala sevinən “qartallar” 21 bərabərlik əldə edibsə, 29 dəfə məğlubiyyətlə üzləşib. 67 dəfə meydan sahiblərini məyus edən komanda qapısında 78 qol görüb.

Premyer Liqada “Zirə”nin heyətində ən çox oyun keçirən futbolçu Adil Nağıyevdir - 83 matç. Anar Nəzirovla Viktor İqbekoyi hərəyə 81 dəfə meydana çıxıb. “Qartallar”ın ən yaxşı bombardiri Nelson Bonilya 14 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30