Ölkə futbolu
“Sabah”ın 35 yaşlı yeni transferi ilə bağlı ilginc faktlar
Ötən mövsüm fiaskoya uğrayan, xərclənən milyonların qarşısında heç bir nəticə qazana bilməyən “Sabah” yeni mövsümə ciddi hazırlaşır. Yeni baş məşqçi, yeni transferlər, yoxlama oyunlarında qələbələr...
İlk başda hər şey yaxşı görünsə də, reallıq fərqlidir.
Avqustun 2-də “Sabah” növbəti transferini reallaşdırdı. Məlum oldu ki, paytaxt klubu 2 gün əvvəl 35 yaşına qədəm qoyan monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlayıb. İlk başda qəribə görünən yalnız Vuyadinoviçin yaşıdı. Hər halda 35 yaşlı legioneri hər klub transfer etməz. Axı heyətə qatılan Mikael Essyen və ya başqa dünya ulduzu deyil... Bu halda maraqlıdır, “Sabah” rəhbərliyi hansı istedadına görə Nikola Vuyadinoviçi transfer edib? Bəlkə mərkəz müdafiəçisinin hansısa qeyri-adi, bilmədiyimiz bacarığı var? Buna görə də Vuyadinoviçlə bağlı kiçik araşdırma apardıq və üzə ilginc məqamlar çıxdı.
İlk diqqətçəkən məqam futbolçunun son 4 rəsmi oyundan 3-də meydandan qovulmasıdır.
“Siftə” Sloveniya çempionatının 26-cı turunda “Maribor”la oyunda reallaşıb. Vuyadinoviç 77-ci dəqiqədə meydandan qovulmaqla yanaşı, penaltiyə də səbəb olub. 11 metrlik cərimə zərbəsindən qapısında qol görən “Domjale” 81-ci dəqiqədə daha bir dəfə rəqibin fərqlənməsinə mane ola bilməyib. Beləcə, Vuyadinoviçin meydandan qovulmasından sonra komandası hesabda öndə olduğu görüşdən xalsız ayrılıb.
29-cu turda Nikola yenidən qırmızı vərəqə alıb. Bu dəfə o, “Olimpiya Lyublyana” ilə görüşdə komandasını azlıqda qoyub.
İyulun 11-də, Sloveniya çempionatının 33-cü turunda “Domjale” öz meydanında “Bravo”nu sınağa çəkib. Qarşılaşmanın 78-ci dəqiqəsində Vuyadinoviç meydana çıxdığı 4-cü oyunda ardıcıl 3-cü qırmızı vərəqəsini almaqla dünya futbolunda bəlkə də bu vaxta qədər heç kimin imza atmadığı antirekord müəllifi olub. Nikola meydandan qovulana qədər komandası hesabda öndə olsa da, “Domjale” azlıqda qaldıqdan sonra yenidən qələbəni əldən verib.
Videoda Nikola Vuyadinoviçin aldığı həmin qırmızı vərəqələri gördünüz. Epizodları şərh etməyi öhdənizə buraxırıq. Yaş çoxluğu, lənglik, ya...
Nikola Vuyadinoviçlə bağlı diqqətçəkən məqam digər məqam odur ki, “Soccerassociation”da futbolçunun adı üzərindən xətt çəkilib.

Bu, nə deməkdir? “Soccerassociation”da futbolçunun adının üzərindən xətt çəkilməsi o anlamı verir ki, həmin futbolçu artıq karyerasını başa vurub. “Soccerassociation”ın Nikola Vuyadinoviçin karyerasını bitirməsi haqda hardan məlumat əldə etdiyini söyləmək çətindir. Ola bilər, futbolçu özü bu haqda açıqlama versin, ya bu informasiya hansısa mənbədə çıxıb, yaxud da məlumat klub tərəfindən yayılıb. Lakin istənilən halda “Soccerassociation”da Nikola Vuyadinoviçin karyerasını bitirib kimi göstərilməsi çox şübhəli məqamdır.
Bu keçidlə bağlı üçüncü diqqətçəkən məqam futbolçunun məvacibi ilə bağlıdır. Belə ki, Nikola Vuyadinoviçin “Domjale”dəki aylıq məvacibi maksimum 2 min avro təşkil edib. “Sabah”da isə o, əvvəlki iş yerindən 4-5 dəfə çox qazanacaq. Çünki məlumdur ki, “Sabah”da demək olar ki, heç bir legioner ayda 10 mindən az qazanmır.
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























