19 Oktyabr 2025, Bazar günü
Vensan Abubakar Bakıya gəldi
Saşa İliç qələbəni şərh etdi
"Sumqayıt" darmadağınla III pillədə
"Kəpəz" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

Ramin Musayev avrokubokların püşkünü dəyərləndirdi

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev avrokubokların püşkatmasını dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində çıxış edən PFL rəhbəri klubları diqqətli olmağa çağırıb.

Musayev bildirib ki, beynəlxalq arenada zəif rəqib olmur: “Püşk hər bir klubumuza düşərli olsun. Mətbuatda yazırlar ki, asan rəqiblər düşüb. Bu yazıları oxuyub, arxayınlaşmasınlar. Hamısı fikirləşməlidir ki, Azərbaycanı təmsil edirlər. Uğurlar arzu edirik, hər zaman yanlarındayıq və onlara azarkeşlik edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının, “Nefti”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31