25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Səbail”in yeni transferi: “Oyunumla sizə zövq yaşatmağa çalışacağam”

“Səbail”in yeni transferi Florian Kadriu klubun rəsmi saytına müsahibə verib.

- “Səbail”ə xoş gəlmisən! Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?

-  İlk öncə, mənə inandığınıza görə, təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil. Çox sevinirəm.

- “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?

- Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.

- Öz oyun tərzini necə təsvir edə bilərsən?

- Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.

- Yaxınların səni necə çağırır?

- Yaxınlarım məni Landi çağırır.

- Mövsümə avqustun 21-də start verilir. Mövsümdən həm şəxsi, həm də, komandadan gözləntilərin nədir?

- İnanıram k, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq.  Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.

- “Səbail”in azarkeşlərinə ismarıcın nədir?

- Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir.  Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam. Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30