6 Noyabr 2025, Cümə axşamı
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı
“Zəfər turu”nun təyinatları
UEFA reytinqi: Azırbaycanın xalı artdı

Ölkə futbolu

“Sumqayıt”ın 41 yaşlı rəqibi - "Şkendiya"

“Sumqayıt”ın rəsmi Feysbuk səhifəsi komandanın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın "Şkendiya” klubu haqda material hazırlayıb.

Futbolxeber.az saytı həmin materialı təqdim edir:

- Tetovo şəhərini təmsil edən komanda 1979-cu ildə təsis olunub. 41 yaşlı klubun əsas rəngləri qara-qırmızıdır. “Şkendiya” ev oyunlarını 15000 tamaşaçı tutumuna malik olan digər adı “Ekoloq Arena” olan Tetovo şəhər stadionunda keçirir.

UEFA-nın klub reytinqində 150-ci pillədə qərarlaşan komandanı 50 yaşlı albaniyalı mütəxəssis Ernest Gjoka çalışdırır. 3 dəfə Şimali Makedoniya çempionu (2010/11, 2017/18, 2018/19) və 2 dəfə ölkə kubokuna (2015/16, 2017/18) sahib olan Tetovolular ötən mövsümü 23 oyunda 10 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətlik nəticə göstərib. Ümumilikdə 35 xal toplayan kollektiv mövsümü 3-cü pillədə başa vurub. Xatırlatma olaraq bildirək ki, komandanın 32 yaşlı yarımmüdafiəçisi Armend Alimi 9 qolla çempionatın ikinci bombardiri olub. Alimi Şimali Makedoniya millisində 13 oyunda meydana çıxıb.

“Şkendiya”nın heyətində Şimali Makedoniya millisinin 2 futbolçusu - Egzon Bejtulai və Ljupco Doriev çıxış edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30