28 Noyabr 2026, Şənbə
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları

Ölkə futbolu

"Sabah"da monteneqrolu müdafiəçi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlanıb.

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola, karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib.

Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.

Qeyd edək ki, "Sabah" bundan əvvəl Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı “Qəbələ”), Slavik Alxasov ("Keşlə"), Nicat Mehbalıyev ("Qarabağ"), Aleksey İsayev ("Sabah") və Camal Cəfərovu da heyətinə cəlb edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30