19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Azərbaycanlı futbolçu Maldiv adalarında oynayacaq

Azərbaycanlı futbolçulardan biri Maldiv adaları klubu ilə müqavilə bağlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov "Zen.yandex.ru" saytına müsahibəsində deyib.

Menecer oyunçunun adını açıqlamasa da, onun 25 yaşında olduğunu bildirib. Adıgözəlovun sözlərinə görə, sözügedən futbolçu yeni komandasında Azərbaycanın ortabab klublarında verilən məvacibdən daha çox qazanacaq: "Bonuslar da olacaq. Üstəlik, qalmaq pulu da veriləcək. Maldiv adaları bahalı ölkədir".

Adıgözəlov bu transferin necə baş tutmasından da söz açıb: "Maldiv adalarında dincələrkən çempionat oyununa getmişdim. Orada futbol adamları ilə tanış oldum. Hər şey belə başladı" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30