25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

Tallison Diaz rəsmən “Neftçi”də

"Neftçi” növbəti transferini rəsmiləşdirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu Tallison Diaz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı sol cinah müdafiəçisi 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018) və "Novorizontino” (2018), həmçinin, Belçikanın "Sent-Trüden” (2018-2019) klublarında oynayıb.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, "Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandaya qayıdıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31