23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Millimizin hücumçusu: "Canni De Byazi bizimlə də uğur qazanacaq"

"Canni De Byazi deyəndə insanın ağlına Albaniya millisi ilə qazandığı uğurlar gəlir. Amma hər halda əvvəlcədən geniş danışmaq olmur. Ümid edirəm ki, bizimlə də uğur qazanar".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Zirə" komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov italiyalı Canni De Byazinin Azərbaycan yığmasına baş məşqçi təyinatına münasibət bildirərkən deyib.

UEFA Millətlər Liqasında yaxşı nəticə qazana biləcəklərinə ümid edən 27 yaşlı hücumçunun sözlərinə görə, bundan ötrü, ilk növbədə, inanmaq lazımdır: "Millətlər Liqasında maksimum nəticə qazanıb, növbəti mərhələyə adlamaq bizim üçün çox gözəl nəticə olar".

Qeyd edək ki, AFFA Azərbaycan millisinin baş məşqçi postu üçün Cianni De Byazi ilə müqavilə imzalayacaq. Komanda Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Yığma C Liqasının 1-ci qrupunda Monteneqro və Kipr komandaları ilə də qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30