19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Honduraslı hücumçu: “Azərbaycanda bu xoşbəxtliyi görmədim”

“Karyeramı “Olimpiya”da bitirmək niyyətindəyəm. Futbolda ailə də vacibdir, mən həmişə milyonçu yox, övladlarımı böyütmək üçün lazımi mənbələrə sahib olmaq istədiyimi söyləmişəm».

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın sabiq futbolçusu Rocer Roxas deyib.

Hazırda Kolumbiyanın "Deportes Tolima" klubunda çıxış edən  honduraslı hücumçu karyerası barədə danışarkən Azərbaycandakı çıxışını da xatırlayıb:

"Olimpiya"da hər şey qazandım. Amma ölkəmdən kənarda çempion ola bilmədim. Kosta Rikada çempion ola bilmədim. Səudiyyə Ərəbistanında və Azərbaycanda da bu xoşbəxtliyi görmədim. Amma ən böyük arzum "Deportes Tolima" ilə çempion olmaqdır".

Qeyd edək ki, Roxas “Sabah”a ötən ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu paytaxt klubunda 13 oyunda 2 qol vurub. O, ötən ilin dekabrında “Deportes Tolimo” klubuna keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30