28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

ÇL: “Qarabağ”ın potensial rəqibləri 14 oldu

Yeni mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki 14 potensial rəqibi dəqiqləşib.

Futbolxeber.az saytının məlumatına görə, 21 min xalı olan Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq. Bu da o deməkdi ki, “Köhlən atlar”ın I təsnifat mərhələsindəki rəqibi aşağı reytinq xalına malik komanda olacaq.

I təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 31-i artıq bəllidi. Onlar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun da adı artıq məlumdu - “Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San-Marino). Bu klubları da “Qarabağ” üçün potensial rəqib hesab etmək lazımdı. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın I təsnifatda “səpələnməyəcəyi” artıq bəllidi.

I təsnifat mərhələsinin səpələnmişlər səbətində isə “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), Legiya (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omonia” (Kipr) və “Sarayevo” (Bosniya və Herseqovina) klubları da yer alacaq. Eyni zamanda onlara Rumıniya çempionu qoşulacaq.

Son olaraq bu siyahıya daha əvvəl səbəti qeyri-müəyyən olan “Fola”nın (Lüksemburq) və Albaniya çempionu “Tirana”nın qoşulması ilə Ağdam klubunun potensial rəqiblərinin sayı 12-yə çatıb. Səpələnməmişlər səbətinin mövcud tərkibi belədi:

“Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).

“Dinamo”nunun (Tbilisi, Gürcüstan) hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib. Bu komandanın da səpələnməmilər səbətinə düşmə ehtimalı yüksəkdi.

“Səpələnməyənlər”dən olan Ermənistan çempionu “Ararat” qaydalara əsasən, “Qarabağ”a rəqib ola bilməz (futbolpress.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31