24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Tərlan Əhmədov: "Tovuzda oynayanda "Qrad" məndən 500-600 metr aralıda düşdü"

“Vətənimiz üçün canlarını vermiş şəhidlərin ailələrinə başsağlığı verirəm. Hər bir Azərbaycan vətəndaşı kimi mən də Ali Baş Komandanın ümumi səfərbərlik barədə əmrini gözləyirəm. Canımı ölkəmizin bütövlüyü üçün məmnuniyyətlə fəda edərəm.  Baxmayaraq ki, elə indi də əlimə silah götürməyə və Vətənimizin düşməndən azad edilməsi uğrunda mübarizə aparmağa hazıram".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri sport24.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

49 yaşlı mütəxəssis komanda yoldaşları ilə birlikdə top atəşi altında oynamaq məcburiyyətində qaldığı Qarabağ müharibəsi illərini də xatırlayıb: "Yadımdadır, Tovuzda oynayanda "Qrad" məndən 500-600 metr aralıda düşdü. Xoşbəxtlikdən partlayış baş vermədi. Bütün bunları gördük. Bu gün də tərəddüd etmədən silah götürməyə və Vətənim uğrunda son damla qanımadək vuruşmağa hazıram".

Qeyd edək ki, Əhmədov ilk milli çempionatımızda - 1992-ci il mövsümündə "Turan"da çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30