5 Iyul 2025, Şənbə
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

"Keşlə"nin qapıçısı legionerlər arasında ən yaxşı oldu

"Keşlə"nin qapıçısı Stanislav Namaşko Azərbaycanda Premyer Liqasında rekord müəyyənləşdirib.

Futbolxeber.az saytının məlumatına görə, mövsüm ərzində 7 oyunda qapısını toxunulmaz saxlamağı bacaran moldovalı qapıçı əcnəbi qolkiperlər arasında ən yaxşı göstəriciyə imza atıb.

İkinci pillədə mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirən İngiltərə "Bornmut"una məxsus Asmir Beqoviç qərarlaşıb. Bosniya və herseqovinalı qapıçı Azərbaycan çempionatında 6 qarşılaşmada qapısında qol görməyib.

"Dördlüy"ün digər iki üzvü isə "Sabah"dan Saşa Stamenkoviç və "Səbail"dən Aleksandr Rıbkadır. Serbiyalı və ukraynalı qolkiperlərin aktivində 3 “quru” oyun var.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31