19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Monteneqrolu qapıçı: "Azərbaycanda qalmağa çalışacağam"

"Komandada qalmaq istəyirdim, amma klub mənimlə müqaviləni uzatmadı. Yəqin ki, növbəti mövsüm yerli qapıçı meydana çıxacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Zirə" ilə yollarını ayıran qapıçı Boyan Zoqoviç deyib.

31 yaşlı qolkiperin fikrincə, klub böyük ehtimalla legioner qapıçı istəmir. Monteneqrolu oyunçu komandadakı dəyişikliklərin Avropa Liqasına vəsiqə qazanmamaqla əlaqəli olduğunu söyləyib: "Təəssüf edirəm ki, top fərqinə görə avrokuboklara gedə bilmədik. Çox xallar itirdik, lakin düşünürəm ki, yaxşı komandamız var idi".

Zoqoviç karyerasını yenidən Azərbaycanda davam etdirmək istəyini dilə gətirib: "Premyer Liqada əcnəbi futbolçu ilə bağlı limit olmasaydı, daha çox oynayardım. Hansısa klub məni istəsə, Azərbaycanda qalmağa çalışacağam".

Qeyd edək ki, "Zirə" yarımçıq dayandırılan 2019/2020 mövsümünü 20 oyundan sonra 23 xalla 5-ci pillədə bitirib. Qəsəbə təmsilçisi "Sumqayıt"la eyni xal toplasa da, top fərqinə görə Avropa Liqasından uzaq qalıb. Boyan Zoqoviç "Zirə"yə 2019-cu ilin yayında keçmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31