25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"3 xal üçün hər şey edəcəklər"

"Qəbələ"də olduqca güclü futbolçular var. Bu il onlarla oyunlarımız olduqca çətin keçib. Bu dəfə də istisna deyil". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Roçard Almeyda deyib.

Braziliyalı futbolçu klubun rəsmi saytına "Qəbələ" ilə oyun haqda danışarkən qeyd edib ki, "Simurq"a məğlubiyyətdən dərs alıblar: "Komandamız uzun müddətdir bir yerdə məşq etmir. Cəmi 2 dəfə birlikdə məşq etmək şansımız olub. Amma şikayətlənmək zamanı deyil. Qələbə qazanmaq lazımdır. "Simurq"a məğlubiyyət bizə dərs oldu. Aradakı məsafə səhvlərimizdən nəticə çıxarmaq üçün yetərli oldu. Oyun çox çətin olacaq. Rəqibimizin avrokubok üçün tək yolu çempionatda uğur qazanmaqdır. Ona görə də 3 xal üçün hər şey edəcəklər. Amma biz də eyni məqsəd üçün meydana çıxacağıq. Komandamızda itkilər var. Amma bu bizə bəhanə ola bilməz. Yeni transferlərimiz Reynaldo, Torres də düzəliblər. Opara da səviyyəsini hiss etdirir. Sabah 3 xal qazanıb rəqibə qarşı uğursuz sindroma son qoymaq istəyirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30