Ölkə futbolu
“Qarabağ”ın növbəti “qurban”ı kim olacaq: Emil, yoxsa Şahruddin?
Koronavirusun Azərbaycanda ən böyük zərbə vurduğu sahələrdən biri də futboldu. Pandemiya səbəbindən ölkə çempionatı yarımçıq dayandırıldı. Üstəlik, karantin rejimi nəinki oyunların keçirilməsinə, hətta klubların məşqlərinə də mane olur. Halbuki tezliklə ölkəmizi avrokuboklarda təmsil edəcək klublar hazırlıqlara start verməlidirlər. Operativ Qərargahın qəbul etdiyi qərarlar isə buna imkan vermir. Hazırlıq baxımından vəziyyətin necə olacağını bilməyən klublar hazırda heyətlərini gücləndirməyə çalışırlar.
Düzdü, COVİD-19 bu sahədə də klublarımıza çətinlik yaradır. Beynəlxalq uçuşların olmaması (İstanbul xaric) əcnəbi futbolçuların ölkəmizə gəlişini əngəlləyir. Hazırda klublar əsas gücü “yerli bazar”a veriblər.
Bu baxımdan ən aktiv klublar yerli oyunçu transferi üçün əcnəbi skaut dəvət etməklə unikal addım atan “Sabah” və Avroliqada mübarizə aparacaq “Keşlə”di. “Keşlə” son 1 həftə ərzində 8 futbolçu ilə vidalaşıb, əvəzində 3 yeni transfer reallaşdırıb, üstəlik, 6 futbolçu ilə də müqavilənin müddəti artırılıb.
“Keşlə”dən fərqli olaraq digər avrokuboklar iştirakçılarımızın düşərgəsində nisbətən sakitlikdi. Bir neçə aparıcı futbolçu ilə müqavilə yeniləyən “Neftçi” Dabo, Gerye, Tural Axundov, Platellas kimi futbolçularla vidalaşıb. “Sumqayıt”ın düşərgəsində də qeyri-müəyyənlikdir. Mətbuatda bir çox futbolçunun komandadan gedəcəyi yazılsa da, hələlik yalnız Şəhriyar Əliyev və Mehdi Şərifi rəsmən ayrılıb. Maliyyə azlığından hər mövsüm olduğu kimi, aparıcı futbolçularını saxlamaqda çətinlik çəkən “Sumqayıt”ın taleyinə nə qədər tez aydınlıq gəlsə, bir o qədər yaxşı olar. Çünki komanda artıq gələn ay tarixində ilk dəfə olaraq ölkəmizi Avroliqada təmsil etməlidir.
Ardıcıl 7-ci dəfə çempion olan “Qarabağ”ın düşərgəsində də sakitçilikdir. 1 ildir rəsmi oyunlarda meydana çıxmayan Vaqner da Silva, eləcə də Ailton Silva və Faysal Rerrasla yollarını ayıran Ağdam klubunun ən böyük itkisi şübhəsiz ki, Rəşad Sadıqovdur. Son illər komandanın əvəzsiz lideri olan təcrübəli müdafiəçinin yerinə artıq legioner transferi razılaşdırılıb. Lakin yeni transferin gəlişi məlum səbəblərdən yubanır. Əvəzində “Qarabağ” Donald Geryeni geri qaytarıb.
Hazırda “Qarabağ”da ən çox güclənməyə ehtiyacı olan mövqe qapı xəttidir. Qışda Beqoviç, yayda isə Vaqner komandadan ayrıldı. III dövrədən etibarən adı iştirak ərizəsinə düşən üçüncü qapıçı, “Bakı”nın yetirməsi Nicat Mehbalıyev isə “Sabah”a transfer olundu. 3 qapıçının gedişindən sonra hazırda Ağdam klubunun ümidi “çərçivə”də yalnız Şahruddin Məhəmmədəliyevə qalıb. Təbii ki, bu halda komandanın ən azı əlavə 2 qapıçıya ehtiyacı var.
Son günlər Emil Balayevin adı “Qarabağ”la yanaşı hallanır. Milli komandamızın qapıçısının Ağdam klubu ilə artıq razılıq əldə etdiyi bildirilir. Keçid baş tutarsa, Gerye kimi Balayev də sabiq klubuna qayıtmış olacaq. Emil daha əvvəl də qısa müddət “Qarabağ”ın futbolçusu olub. Həmin vaxt heyətə düşə bilməyən Balayevin budəfəki aqibətinin necə olacağını zaman göstərəcək. Lakin bu keçidlə bağlı toxunulmalı məqamlar var.
Birincisi, Balayev ötən il inamlı çıxışı ilə Kamran Ağayevin gedişindən sonra millinin yaralı yerinə çevrilən qapı xəttindəki problemi yoluna qoymuşdu ki, bunda legioner həyatı yaşamasının böyük rolu var idi. “Tobol”da inamlı çıxışı ilə yadda qalan Balayevin yenidən legioner həyatı yaşayacağına ümidimiz böyük idi. Bir müddət əvvəl Norveçə yollanan, lakin danışıq apardığı “Bodo-Qlimt”lə razılığa gələ bilməyən qapıçı vətənə qayıtdı və mövsümün sonuna kimi “Zirə”nin formasını geydi. Onun yenidən karyerasını ölkə daxilində davam etdirməsi karyerasında geri addım olacaq. Hər nə qədər “Qarabağ” son illər avrokubokların qrup mərhələsinin iştirakçısına çevrilsə də, Azərbaycan çempionatının gündən-günə aşağı düşən səviyyəsi hər kəsə məlumdur.
Üstəlik, Balayev “Qarabağ”da 1 nömrə ola biləcəkmi? Olmasa, öz karyerasına zərbə vurmuş olacaq. Çünki Emil indi elə yaşdadır ki, mütəmadi oynamalıdır. Balayevin ehtiyatda qalması həm də millinin qapıçı problemi yaşaması deməkdir.
Yox, Emil əsas heyət üzvünə çevrilməyi bacarsa, o zaman Şahruddin Məhəmmədliyevin karyerası təhlükədə olacaq. Şahruddin haqda hər nə qədər “legionerdi”, “boyu qapıçı üçün ideal deyil” və s. fikirlər səslənsə də, reallıq budur ki, o, aşağı yaş qrupları üzrə müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çıxış edib, 2017-ci ildə U-23-ün heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi olub, Yurçevinin vaxtında əsas yığmaya dəvət alıb. Hazırda milliyə potensial 5 qapıçıdan biridir. Üstəlik, son mövsümdə də “Qarabağ”ın heyətində az oyunun iştirakçısı olmayıb. Avrokuboklarda yalnız Avroliqanın qrup mərhələsinin son görüşündə meydana çıxan Məhəmmədəliyev cari mövsüm Premyer Liqada baş tutan 20 tur ərzində 10 dəfə meydana çıxıb və bu oyunlardan 9-da qapısını toxunulmaz saxlayıb.
Deməli, Balayevin “Qarabağ”a keçidi milliyə potensial 2 qapıçını üz-üzə qoyacaq və onlardan biri ehtiyatda qalmalıdı. Aydın məsələdir ki, 2 qapıçının ikisi də eyni vaxtda meydanda ola bilməz. Ona görə də bu transfer milliyə potensial namizəd olan 2 qapıçıdan birinin karyerasına zərbə ola bilər.
Daha əvvəl də bu haqda yazmışıq. Əksər potensiallı yerli oyunçular “Qarabağ”a keçdikdən sonra karyeralarında eniş yaşayırlar. 10 il ərzində Bəxtiyar Soltanov, Namiq Ələsgərov, Şəhriyar Əliyev, Hacı Əhmədov, Vüqar Mustafayev, Azər Salahlı, Tərlan Quliyev, Elvin Yunuszadə, Elşən Abdullayev, Nicat Süleymanov, Elgün Uluxanov və digərləri “Qarabağ”ın “qurban”ına çevriliblər. Qurban Qurbanov tərəfindən çox da oynamaq imkanı qazanmayan bu futbolçular karyeralarının parlaq dövründə Ağdam klubuna keçdikdən sonra ya ciddi eniş yaşayıblar, ya da özlərinə gəlmələri üçün uzun vaxta ehtiyac duyulub. İndi də bu təhlükə Emil Balayevlə Şahruddin Məhəmmədəliyev üçün mövcuddur. Hadisələri qabaqlamaq istəməzdik, lakin görünən odur ki, Emilin “Qarabağ”a keçidi ya onu, ya da Şahruddini geri salacaq. İtirən isə Azərbaycan futbolu olacaq. Onsuz da bu gün milliyə potensial cəmi 4-5 qapıçı var...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- Berdıyevdən mini master-klass
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- “Berdıyevin necə güclü məşqçi olduğunu hələ Rusiyada çıxış edərkən bilirdim”
- Cenk Sümer: “Banişevskinin xatirəsini yaşatmaq hər bir “Neftçi”sevərin borcudur”
- “Neftçi” Banişevskinin məzarı önündə
- "Araz-Naxçıvan”dan qələbə
- Futbolumuzun fərsiz övladı
- Olimpiada: Bu gün 8 növdə yarışlar keçiriləcək
-
11:36
Futzal millimizin toplanışına 18 oyunçu dəvət alıb
-
11:19
PSJ-dən 4 qollu qələbə VİDEO
-
11:00
Zamiq Əliyevin komandasından heç-heçə
-
10:43
"Çelsi" "Everton"la bacarmadı VİDEO
-
10:25
Cəlalın komandası səfərdə coşdu
-
10:12
"Bavariya"dan darmadağın VİDEO
-
09:54
Qərəz, yoxsa antipatiya? - YAZI
-
09:37
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:36
Axundzadə MLS-də debüt etdi
-
19:23
"Turan Tovuz"dan növbəti qələbə VİDEO
-
18:59
Kurban Berdiyev: “İddialı danışmaq üçün hələ çox tezdir”
-
18:41
Sxadadze: “Məsuliyyətdən qorxmuram”
-
18:17
Mahir keçmiş komandasına qarşı oynadı
-
18:00
“Turan Tovuz”dan vacib qələbə
-
17:22
Hidayət bürünc medal qazandı
-
13:35
Ruan Renato: “Şans verilsə, Azərbaycan millisində oynamağa hazıram”
-
12:48
"Milan"da ciddi itki
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
-
14:00
Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
-
13:42
Millimizə 27 futbolçu dəvət aldı
-
12:38
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
-
12:23
Basketbol millimiz Türkiyədə bürünc medal qazanıb
-
11:49
“Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
-
11:06
"Böyük Dəbilqə": İlk gündə 4 cüdoçumuz mübarizəyə start verir
-
10:51
"Selta" "Lion"u mübarizədən kənarlaşdırdı VİDEO
-
10:35
"Qarabağ"ın səfər, "Neftçi"nin ev sınağı
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
II Liqada 22-ci turun oyun cədvəli açıqlandı
-
09:47
"Beşiktaş"ın qələbəsi VİDEO
-
09:30
“Neftçi”dən azarkeşlərə çağırış: Novruz ab-havalı fan-zona sizi gözləyir!
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
22.03.2026
21.03.2026
20.03.2026
19.03.2026























